EN

İkardi meydana nə vaxt dönür? Tarix bəlli oldu

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Ötən mövsüm UEFA Avropa Liqasında "Tottenhem"lə matçda ön çarpaz bağın yırtılması səbəbindən uzun müddət müalicə olunan "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin geridönüş tarixi müəyyənləşib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ağır əməliyyatdan sonra təzəlikcəı komanda ilə məşqə başlasa da, sentyabrın ortalarınadək tam hazır formaya gələcək.

Türkiyə mətbuatı yazır ki, argentinalı hücumçu sentyabrın ikinci həftəsində Çempionlar Liqası matçlarında forma geyinə biləcək: "Fövqəladə hal olmasa, 32 yaşlı hücumçu "Qalatasaray"ın bu liqadakı ilk oyununda meydanda olacaq"

Xatırladaq ki, İkardi "Qalatasaray"da 87 matçda 61 qol vurub və 22 məhsuldar ötürmə verib. Onun klubla 2026-cı ilin oyununa qədər  müqaviləsi var.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
119
1
mia.az

2Sources