ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD liderlərindən birini məhv edib.
Bu barədə komandanlığın “X” hesabında məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Hələb vilayətinin əl-Bab bölgəsində İŞİD liderlərindən olan Muslih əl-Hardani və onun İŞİD-lə əlaqəli iki oğlu zərərsizləşdirilib.
Qeyd olunub ki, sözügedən şəxslər ABŞ Koalisiya Qüvvələrinə və Suriyanın yeni hökumətinə təhdid xarakteri daşıyıb.
Məlumatda ABŞ qüvvələrinin bundan sonra da terrorçuları hədəf alacağı əks etdirilib.