EN

Fransada keçirilən beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib

Bakı, 25 iyul, AZƏRTAC

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev cari ilin iyul ayında Fransanın Lille şəhərində “İdarəetmə elmi və mühəndislik idarəetmə” mövzusunda keçirilən XIX beynəlxalq konfransda (International Conference on Management Science and Engineering Management ICMSEM 2025) plenar məruzə ilə çıxış edib. Reqressiya analizinin süni intellektdə istifadəsi və alimin bu sahədə aldığı son elmi nəticələrə həsr olunan plenar məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib.

Bu konfrans Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetmə Cəmiyyəti (ISMSEM) və Fransanın Lille Universitetinin təşkilatçılığı ilə silsiləvi olaraq keçirilir. Konfrans idarəetmə elmi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dünya alimləri tərəfindən bu sahədə aparılan cari tədqiqat işlərinin yekun nəticələrinin müzakirə edilməsi məqsədini daşıyır.

Chosen
111
1
azertag.az

3Sources