EN

Şabranda biçilmiş əkin sahələrində başlayan yanğın məhdudlaşdırılıb

Şabran, 25 iyul, Elxan Yusifli, AZƏRTAC

Şabranda biçilmiş əkin sahələrində günorta saatlarından başlayan yanğın məhdudlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Taxtalar kəndi ərazisində qeydə alınan yanğın bir neçə saat ərzində genişlənərək 90 hektara yaxın ərazini əhatə edib.

Hadisə yerinə Şabran, Siyəzən, Xaçmaz və Quba Rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın məhdudlaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Chosen
38
2
azertag.az

3Sources