EN

İqlim dəyişmələri ilə bağlı ikinci Şamaxı qeyri-rəsmi Toplantısı keçirildi

Bakı. Trend:

23-24 iyul 2025-ci il tarixlərində Azərbaycanın təşkilatçılığıvə ev sahibliyi ilə, eləcə də COP30 sədri kimi Braziliya iləəməkdaşlıq çərçivəsində Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrləri,eləcə də UNFCCC-yə tərəf olan bəzi dövlətlərin nümayəndəheyətlərinin rəhbərlərinin ikinci qeyri-rəsmi Şamaxı toplantısıkeçirilib.

Bu barədə Trend-ə XİN-inMətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 34 ölkə və UNFCCC Katibliyindən 70-dən çox nümayəndəiştirak edib. Dövlətlər nazir, nazir müavini, Prezidentlərin iqlimüzrə elçiləri, UNFCCC danışıqlar qruplarının və Tərəf dövlətlərinnümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəliformatlarda təmsil olunub.

Keçən ilin iyul ayında eyni formatda keçirilmiş birinci Şamaxıtoplantısının COP29-un qərarlarının qəbuluna verdiyi mühüm töhfədiqqətə alınaraq, eyni formatın cari ildə də davam etdirilməsinəqərar verilib. Builki Şamaxı toplantısının mövzusu da keçən ilolduğu kimi iqlim danışıqlarının gündəliyində olan əsasistiqamətlərə və Azərbaycan və Braziliyaya COP29-da verilmiş birgəmandata uyğun olaraq iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarınaqaldırılması ilə bağlı “Bakıdan Belemə 1,3 Trilyon Yol Xəritəsi”sənədinin hazırlanmasına fokuslanıb.

Bu çərçivədə, toplantıda UNFCCC Köməkçi Orqanlarının Bonn-dakeçirilmiş 62-ci sessiyasının nəticələri, həmin müzakirələrdəqarşıya çıxan əsas çətinliklərin həlli yolları və bunlarınBraziliyada baş tutacaq COP30-da qərarların qəbuluna mümküntöhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən bütün nümayəndələr aparılmış müzakirələriyüksək qiymətləndirib, nümayəndə heyətlərinin başçılarınınqeyri-rəsmi Şamaxı toplantısının dayanıqlı platformaya çevrilməsinəgeniş dəstək ifadə olunub.

Toplantının açılış mərasimində COP29-un Prezidenti, AzərbaycanRespublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi MuxtarBabayev, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısıYalçın Rəfiyev və COP30-un baş danışıqçısı səfir Liliam Çaqas çıxışediblər.

Tədbir COP29 və COP30-un baş danışıqçıları ilə yanaşı,Pakistanın iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası naziriMusadik Məsud Malik və UNFCCC-nin İcra üzrə Yardımçı Orqanınınsədri Julia Qardinerin bağlanış çıxışları ilə yekunlaşıb.

Məqalədə:
Chosen
38
8
az.trend.az

10Sources