EN

ABŞ Suriyada İŞİD-in yüksək rütbəli komandirini zərərsizləşdirib

ABŞ Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD qruplaşmasının yüksək vəzifəli üzvünü zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, əməliyyat Suriyanın şimalında yerləşən Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib.

Əməliyyat zamanı İŞİD-in yüksək rütbəli lideri və onun qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.

Chosen
46
4
operativmm.az

5Sources