EN

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək

Rusiya-Azərbaycan sərhədi yaxınlığında "Samur-II" dəmir yolu stansiyasının tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Aznews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dağıstan hökumətinin sədr müavini Rizvan Qazimaqomedov məlumat verib.

"Avtomobil keçid məntəqəsinin yerləşdiyi Azərbaycanla sərhədə yaxın ərazidə "Samur-II" tikiləcək. Onun 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Bu, sərhəd dəmir yolu qovşağı olacaq", - o bildirib.

Qazimaqomedov əlavə edib ki, Dağıstanda Şimali Qafqaz Dəmir Yolu poliqonunun Dərbənd-Samur-Azərbaycanla dövlət sərhədi hissəsinin alternativ cərəyan dartma sisteminə çevrilməsi 2028-ci ildə planlaşdırılır.

"Yarımstansiyalar dəyişdiriləcək, artıq işlər gedir. 2028-ci ildə başa çatdırılacaq”, - Qazimaqomedov bildirib.

Chosen
31
8
aznews.az

10Sources