EN

Arayik Arutyunyan məhkəməyə verildi

  Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan ölkənin baş nazirinin aparat rəhbəri Arayik Arutyunyanı məhkəməyə verib.

Bu barədə din xadiminin vəkili Hovhannes Xudoyan sosial şəbəkə hesabında məlumat yayıb.

Qalstanyanın iddiaları təkcə Arutyunyanla məhdudlaşmır. O, həmçinin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, İctimai Televiziyanın aparıcısı Petros Qazaryan və parlamentin “Mülki müqavilə” partiyasından olan deputatı Hasmik Akopyana qarşı da məhkəmə iddiası qaldırıb.

Vəkilin bildirdiyinə görə, bütün iddialar təhqir və böhtan halları ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl Arxiyepiskop Baqrat Qalstanyanın nümayəndələri səhiyyə naziri Anahit Avanesyan, “Mülki müqavilə” partiyasının deputatı Vaaqn Aleksanyan və daha 5 ictimai-siyasi şəxsə qarşı da ictimai təhqir və böhtan səbəbilə məhkəmə iddiası qaldırmışdı../Globalinfo.az  

Chosen
110
referans.az

1Sources