EN

Əmanətlərdə artım dalğası – Fiziki şəxslərin banklardakı maliyyə vəsaitlərinin DİNAMİKASI

Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin iyunun 1-nə nisbətən 374 milyon manat və ya 2,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,2 milyard manat və ya 8,8% artıb.

Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,444 milyard manat, xarici valyuta ilə isə 4,993 milyard manat təşkil edib.

Chosen
73
4
publika.az

7Sources