EN

İrəvan selə qərq oldu – VİDEO

İyulun 25-i axşam saatlarında Ermənistanın paytaxtı İrəvanda yağan güclü leysan nəticəsində şəhərdə ciddi daşqınlar baş verib.

KONKRET.az xəbər verir ki, yağış suları küçələri və yaşayış binalarını basıb, bəzi ərazilərdə ağaclar aşıb, bir çox evə ziyan dəyib.

Sakinlər sosial şəbəkələrdə selin görüntülərini paylaşırlar. Şəhərdə nəqliyyatın hərəkətində də ciddi çətinliklər yaşanır.

Natiq Səlim,
KONKRET.az

Chosen
58
1
konkret.az

2Sources