Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 525 nəfər xarici ölkə vətəndaşını deportasiya edib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.