EN

AKP-nin bələdiyyə üzvü qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan Havran bələdiyyəsinin üzvü Mehmet Anıl Yüksel qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, o, silahlı hücuma məruz qalıb.

Hadisə axşam saat 19:00 radələrində Hamambaşı məhəlləsində baş verib. Məlumata görə, 33 yaşlı məmur naməlum şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb.

Yüksel ona dəyən güllələrdən huşunu itirib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb və ətrafdakılar hadisə barədə təcili tibbi yardım və polisə məlumat veriblər.

O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Chosen
70
4
qafqazinfo.az

5Sources