Sabirabad rayonunda bir nəfər kanalda batıb.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.