ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya liderləri Volodimir Zelenski və Vladimir Putinlə üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında o özü məlumat verib.
“Bu baş verəcək. Amma hələ üç ay əvvəl baş verməli idi”, - Tramp Putin və Zelenski ilə görüşün perspektivləri ilə bağlı sualı cavablandırarkən vurğulayıb.