Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində iki nəfər həyatını itirib.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.
Onun sözlərinə görə, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb.
Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.