EN

Rusiya qoşunları Kupyanskı qərbdən mühasirəyə alır

Rusiya ordusu Xarkov istiqamətindən Kupyanska aparan yolun cəmi iki kilometrliyində yerləşən Mirnoye kəndi ətrafında irəliləyərək bölgədə mövqelərini genişləndirib. Bu irəliləyiş Rusiya qüvvələrinin Oskol çayının sağ sahilində dayaq məntəqələri qurmasından sonra mümkün olub.

KONKRET.az xəbər verir ki, eyni zamanda, Rusiya qüvvələri Donetsk vilayətində yerləşən Torestsk və Çasov Yar arasındakı Kurdyumovka kəndində də irəliləyiş əldə edib. Bundan əlavə, Novopavlovsk istiqamətində – Dnepropetrovsk vilayəti sərhədinə yaxın yerləşən Voskresenka kəndi yaxınlığında da rus qüvvələrinin irəliləyişi qeydə alınıb. Mirnoqrad yaxınlığında, Novoekonomikdən cənubda yerləşən Mirolübovka kəndi ətrafında da döyüşlər gedir.

Bu arada, Ukrayna Silahlı Qüvvələri (VSU) daha əvvəl irəliləyiş əldə etdikləri Sumi vilayətinin Kontratovka kəndini tam azad ediblər. Deep State-in məlumatına görə, son günlərdə həmin kənddə mövqe tutmuş rus qüvvələri faktiki mühasirə şəraitində qalmışdı.

Natiq Səlim,
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources