Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb.
Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
"Cebheinfo.az"Â