EN

Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur » AzadMedia.az


"Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur".

Bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.

O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib:

"Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? Ukraynaya niyə silah və pul verirlərsə, o səbəbdən. Yəni, Rusiyaya ziyan vurmaq üçün. Paşinyanın da qarşısında eyni şərti qoyublar, lakin o bunu anlamır".
Chosen
33
7
azadmedia.az

8Sources