Musavat.com yada salır ki, GZT nəşri hadisənin istirahət zamanı baş verdiyini iddia edib. İddiaya görə, Kadırov suya girdikdən sonra qəfil səhhətində problem yaranıb və boğulmaq təhlükəsi ilə qarşılaşıb.
Oteldəki personalın operativ müdaxiləsi nəticəsində Kadırov sudan çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin sabit olduğu bildirilib. Xəstəxanada bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra Kadırov evə buraxılıb. Toyuqlu pizza
Yerli media hadisə yerindən heç bir fotoşəkil və ya hər hansı rəsmi şərh təqdim etməyib.
Kadırov və ya onun nümayəndələri onun xilas edilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verməyiblər. Çeçenistan rəhbərinin iyulun 24-də Telegram kanalında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik etdiyi, Ukrayna müharibəsi zonasına könüllülərin göndərilməsi, həmçinin Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin “Bati” qrupunun döyüşçülərinin gündəlik həyatı haqqında danışdığı yazıları görə bilərsiniz.
Yerli medianın qeyd etdiyi tarixlərdə Kadırovun həqiqətən də Türkiyədə tətildə olub-olmadığı məlum deyil. Lakin qızı Ayşət iyulun 25-nə keçən gecə dənizdən çəkilmiş görüntüləri sosial şəbəkələrdə yerləşdirib. Ayşət Kadırova görüntülərin harada və nə vaxt çəkildiyini dəqiqləşdirməyib.
Baza Telegram kanalı diqqəti Kadırova ilk kömək edənlərin sahil mühafizəsinin əməkdaşları olmasına çəkir. Telekanalın məlumatına görə, Çeçenistan rəhbərini özünün çoxsaylı mühafizəçiləri müşayiət edir. Kanal həmçinin vurğulayır ki, Kadırovun "batması" ilə bağlı xəbərlər bir çox türk mediası tərəfindən yayılıb, lakin onların hamısı başqa mənbələr olmadan ancaq populyar olmayan GZT-yə istinad edib.
10Sources
-
hurriyyet.azKadırova nə olub? Oğlu istefa verdi ( 19741784)
-
hurriyyet.azKadırova nə olub? – Oğlu istefa verdi ( 19737182)
-
news24.azKadırova nə olub? – Oğlu istefa verdi ( 19728833)
-
demokrat.azKadırova nə olub? — Oğlu istefa verdi ( 19728569)
-
yenisabah.azKadırova nə olub? Oğlu istefa verdi ( 19725245)
-
yenisabah.azKadırova nə olub? – Oğlu istefa verdi ( 19725224)
-
publika.azBaşqa qadınla yaxalandı, həyat yoldaşı belə reaksiya verdi - FOTO ( 19725005)
-
editor.azKadırov prezident postundan istefa verdi ( 19724933)
-
moderator.azKadırov prezident postundan istefa verdi ( 19723937)
-
axsam.azDilarə Əliyeva qızını paylaşıb, bunları yazdı Foto ( 19672148)