EN

Qaraciyər sirrozundan qoruyan içkinin adı açıqlandı: gündə iki dəfə içmək kifayətdir

Qəhvə qaraciyər üçün düşündüyünüzdən daha faydalı ola bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq və hepatoloq Nuriyyə Dianova qəhvənin qaraciyər sirrozunun qarşısını almaqda əhəmiyyətli rol oynadığını bildirib. Onun sözlərinə görə, gündəlik iki fincan qəhvə qəbul etmək bu xəstəliyin yaranma riskini demək olar ki, iki dəfə azalda bilər.

Dianovanın fikrincə, qəhvə yalnız sirrozun deyil, həm də qaraciyər fibrozunun qarşısını almaqda köməkçi rol oynayır. Lakin həkim vurğulayır ki, hər xəstəyə eyni məsləhəti vermək düzgün deyil: “Siroz və fibroz ayrı-ayrı hallardır və bu xəstəliklərdən əziyyət çəkən insanların çoxunda eyni zamanda ürək-damar sistemi ilə bağlı problemlər də olur. Buna görə mən pasiyentlərimə adətən bitki südü ilə bir fincan qəhvə içməyə icazə verirəm”.

Qəhvə və dərman qarşılıqlı təsiri

Həkim əlavə edib ki, dərman qəbul edən şəxslər qəhvə içərkən ehtiyatlı olmalıdırlar. Kofein bəzi dərmanların təsirini ya gücləndirə, ya da zəiflədə bilər. Bu isə onların orqanizmdə gözlənilən effektini dəyişə və müalicə prosesinə təsir göstərə bilər.

Genetik fərqlər də nəzərə alınmalıdır

Dianova həmçinin orqanizmin kofeinə, nikotin və spirta verdiyi reaksiyanın fərqli ola biləcəyini bildirib və bu fərqliliyin genetik metabolizm tipləri ilə əlaqəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, sürətli metabolizmə malik insanlar qəhvəni daha çox miqdarda və daha rahat şəkildə qəbul edə bilirlər, lakin yavaş metabolizmi olan şəxslərdə bu, əks təsir yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Chosen
26
e-saglam.az

1Sources