ain.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ-da Demokrat Partiyasının reytinqi son 30 ilin ən aşağı səviyyəsinə düşüb.
KONKRET.az xəbər verir ki, The Wall Street Journal qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ-da seçicilərin 63%-i Demokrat Partiyasına mənfi yanaşır, yalnız 33%-i isə müsbət fikirdədir. Bu, partiya üçün son 30 ildə qeydə alınmış ən aşağı dəstək göstəricisidir.
Müqayisə üçün, Respublikaçılar Partiyası ilə bağlı mənfi rəylər müsbətləri yalnız 11 faiz bəndi üstələyir. Donald Trampa münasibətdə bu fərq 7 faiz bəndidir.
Sorğuda iştirak edən amerikalıların cəmi 8%-i Demokrat Partiyasını “çox müsbət” qiymətləndirib. Respublikaçılar Partiyası üzrə bu göstərici 19%-dir – yəni demək olar ki, iki dəfə yüksəkdir.
Respondentlər Trampı iqtisadiyyat, inflyasiya, gömrük rüsumları və xarici siyasət sahələrində tənqid etsələr də, məhz bu məsələlər üzrə Respublikaçılara daha çox güvənirlər.
Demokratlar seçicilərin dəstəyini yalnız iki sahədə – səhiyyə və vaksinasiya mövzularında qoruyub saxlaya bilirlər.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.