EN

Rusiyada maşın pua ilə vuruldu: Ölənlər var

Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində 2 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.

O bildirib ki, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb.

Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.

Chosen
29
2
konkret.az

4Sources