Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Təsnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.