EN

Azərbaycanda ağır cinayətlər barədə yalan məlumat verən şəxsə cəza verildi

Azərbaycanda ağır cinayətlərin törədilməsi barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Ulfan Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, U. Əliyev insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və digər ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməkdə ittiham olunub.

O, Bakının Xudu Məmmədov küçələrinin kəsişməsində olduğu zaman istifadəsində olan və özünə məxsus mobil nömrəsindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək İsrail Səfirini yandıracağını, oranı darmadağın edəcəyini, polis idarəsinə bomba qoyaraq partladacığını deyib.

Təqsirləndirilən şəxs həmçinin 20 metr məsafədə dayanaraq lopa ataraq İsrailin, Yəhudilərin səfirini Bakıda yandıracağını, oraları da darmadağın edəcəyini, özünü də yandıracağını bildirib. Bu hərəkətləri ilə o, terrorçuluq barədə bilə-bilə yalan məlumat verib.

İstintaq orqanı tərəfindən U. Əliyevin barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurub və işinə düzgün baxılmadığını deyib.

Müttəhim qeyd edib ki, hər hansı bir səfirliyin qarşısında özünü yandıraraq öldürəndən sonra işinə baxılacağını söyləyib: “Mən özümü yandıracağım barədə məlumat vermişəm. Lakin hər hansı bir yeri partlatmaq barədə söz deməmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Chosen
73
teleqraf.com

1Sources