EN

Sabahın hava proqnozu - 29 dərəcə isti

Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə +23 dərəcədən +26 dərəcəyədək, gündüz +32 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək olacaq.

Chosen
48
49
hafta.az

10Sources