Axır ki, gözlənilən baş verdi. Yorucu danışıqlardan sonra Viktor Qyökeres “Arsenal”la müqavilə imzalamaq üçün Londona gəldi.
Publika.az xəbər verir ki, insayder Fabritsio Romano yazır ki, hücumçu, müştərisinin xəyal etdiyi klubla müqavilə imzalamasına kömək etmək üçün alacağı komissiyadan imtina edən agenti Həsən Çetinkaya ilə birlikdə İngiltərəyə gedib.
Bildirilir ki, Qyükeres yeni klubunda əfsanəvi Tyerri Anrinin geyindiyi 14 nömrəli formanı götürəcək. Azarkeşlər isveçlinin transferində rəqəmlərin sehrini tapıblar:
Qyökeres Premyer Liqada rəsmi debütünü 1-ci turda “Old Trafford”da Anrinin ad günündə (17 avqust) 14 nömrəli forma ilə edəcək və sabiq baş məşqçisi Ruben Amorimin komandasına qarşı oynayacaq.