EN

İranda silahlı şəxslər məhkəmə binasına hücum edib, 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-1

İranın Zahidan şəhərində məhkəmə binasına edilən hücumda ölən və yaralananların sayı artıb.

APA İran mediasına istinadən xəbər verir ki, ölənlərin sayı 6, xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

***

11:44

Zahidan şəhərində məhkəmə binasına edilən hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə APA “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.

Hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.

***

11:20

İranın Sistan-Bəlucistan vilayətinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum edən silahlı şəxslərdən 3-ü zərərsizləşdirilib.

Bu barədə APA “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.

Belə ki, hücumçular əvvəlcə məhkəmə binasına, sonra isə ətrafdakı mülki insanlara hücum ediblər.

Mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı haqqında hələlik məlumat verilməyib

***

10:17

Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.

APA bu barədə İran mediasına istinadən xəbər verir.

Bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Chosen
30
5
apa.az

10Sources