EN

“Qarabağ”ın Bakıdakı oyununa nə qədər bilet satılıb?

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” (Shelbourne) komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətindən QOL.az saytına bildirilib ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 11 min bilet satılıb. 

Oyun gününə qədər bu sayın daha da artacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla  saat 20:00-da başlanacaq.

Chosen
71
5
teleqraf.com

10Sources