EN

İranda məhkəmə binasına hücum edilib, 6 nəfər ölüb, 22 nəfər yaralanıbYENİLƏNİB

İranın Zahidan şəhərində məhkəmə binasına edilən hücumda ölən və yaralananların sayı artıb.

Xezerxeber.az İran mediasına istinadən xəbər verir ki, ölənlərin sayı 6, xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

12:00

Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə  yerli “Təsnim” xəbər agentliyi məlumat yayıb. 

Bildirilib ki, hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.

Chosen
32
5
xezerxeber.az

10Sources