Xalq artisti Arif Babayevin səhhətində əvvəlki günlərlə müqayisədə irəliləyiş müşahidə olunur.
Bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti dövlət nəzarətindədir: “Düzdür, atam hələ də reanimasiyadadır, amma vəziyyəti yaxşılığa doğru gedir. Hər şey nəzarət altındadır. Dövlət tərəfindən daim diqqət göstərilir. Allah dövlətimizi güclü eləsin, sağ olsunlar, atamla mütəmadi maraqlanırlar”.
Qeyd edək ki, 87 yaşlı xanəndə iki gün əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinikaya təxliyə edilib.
***
Arif Babayevin səhhəti ilə bağlı Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev deyib ki, saat 13:00-a olan məlumata görə, xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.