İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.
Viral.az “Mehr news” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması müsbət nəticələrə gətirib çıxara bilər.
Son Yazılar:
- İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
- Azərbaycan Rusiyadan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti üzərinə götürməsini gözləyir
- Prezidentin köməkçisi Bakının Rusiya-Ukrayna danışıqları üçün platforma olacağı məsələsinə münasibət BİLDİRDİ
Prezident, həmçinin deyib ki, İran BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə əlaqələri genişləndirəcək.
“İran Rusiya, Çin və digər tərəfdaşlarla fəaliyyətini əlaqələndirəcək, bu prosesi Avropa və digər ölkələrlə də davam etdirəcək”, – o vurğulayıb.