EN

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi - BÖLGƏLƏR


İyulun 27-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə News24.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Chosen
109
49
news24.az

10Sources