EN

Rusiyada qəzaya uğramış "An-24" təyyarəsinin qara qutularından biri məhv olub - FOTO

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi (DAK) iyulun 24-də Amur vilayətində "Anqara" aviaşirkətinin qəzaya uğramış "An-24" təyyarəsinin qara qutusunu oxumağa başlayıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a komitənin Mətbuat Xidmətindən məlumat verilib.
 
"Parametrik məlumat daşıyıcısı (maqnit lenti) yanğın nəticəsində məhv edilib, pilot kabinəsinin səs yazıcısında olan məlumatlar qalıb", - deyə məlumatda vurğulanır.
 
Səsyazısının təhlil edildiyi bildirilir.
 
Təyyarədə 49 nəfər olub: 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü.
 
Chosen
22
1
moderator.az

2Sources