EN

Kür çayının kənarında kişi meyiti aşkarlandı

Qazax sakininin meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, hadisə Kür çayının rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kür çayının kənarında nasosxanada çalışan Birinci Şıxlı kənd sakini 1969-cu il təvəllüdlü M. Qurbanovun meyiti aşkarlanıb.

Onun ürək tutmasından öldüyü bildirilir. Hadisə yerinə aidiyyatı qrumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
125
1
avtosfer.az

4Sources