EN

Messinin həm klubda, həm də millidə birlikdə oynayacağı səkkizinci argentinalı De Paul

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci ildə futbol üzrə Argentina millisinin heyətində dünya çempionu olmuş Rodriqo De Paul karyerasını “İnter Mayami”də davam etdirəcək.

İdman.biz xəbər verir ki, 2021-ci ildən Madrid "Atletiko"sunun formasını geyinən 31 yaşlı yarımmüdafiəçi Avropada həmçinin "Valensiya" və "Udineze"də də çıxış edib.

Beləliklə, De Paul əfsanəvi Lionel Messi ilə həm klubda, həm də Argentina millisində birgə çıxış edəcək səkkizinci futbolçu olacaq.

Messi ilə həm klubda ("Barselona", PSJ, "İnter Mayami"), həm də milli komandada oynamış futbolçular:

Xavyer Saviola

Qabriel Milito

Xavyer Maskerano

Leandro Paredes

Anxel Di Mariya

Mauro İkardi

Oskar Ustari

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
icma.az

2Sources