EN

Babacanyan: “Azərbaycan elə addımlar atır ki…”

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistanla Azərbaycan arasında yolların açılmasının mümkünlüyü barədə danışmaq hələ tezdir. Çünki razılaşdırılmış sülh mətnində bu barədə heç bir söz yoxdur”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Onun sözlərinə görə, Sülh Müqaviləsinin paraflanması məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. “Çünki Preziddent İlham Əliyev beynəlxalq tərəfdaşları əmin etmək istəyir ki, Ermənistanla bu məsələdə heç bir problem yoxdur”.

Babacanyan onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə sevinmək lazım deyil. “Buna sevinmək yox, daha çox siyasi hesablamalar aparmaq lazımdır. Biz diqqətli olaq ki, Ermənistan bu münasibətlərin əvəzini ödəyicisinə çevrilməsin. Çünki Azərbaycan həmişə elə vəziyyət yaradır ki, sonda hesabı Ermənistan ödəməli olur”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
tribunainfo.az

2Sources