EN

Sucuk belə bişirilirsə, onu yeməyin: zəhərlidir!

Sucuk düzgün bişirilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, yanlış bişirmə üsulları zəhərlənməyə və uzunmüddətli fəsadlara səbəb ola bilər.

Tərkibindəki əlavə maddələr və yağlara görə sucuk diqqətlə bişirilməlidir. Yüksək temperaturda və uzun müddət qızardıldıqda, tərkibindəki nitrat və nitritlər kanserogen təsir göstərə biləcək maddələrə çevrilə bilər. Bundan başqa, yüksək istilikdə bişirmə zamanı yaranan “akrilamid” adlı birləşmə də sağlamlığa zərər verə bilər.

Mütəxəssislər bildirirlər ki, sucuk çox qovrulmamalı, orta temperaturda və qısa müddətdə bişirilməlidir. Belə olduqda həm ləzzətini qoruyur, həm də sağlamlıq üçün təhlükə yaratmır. Xüsusilə uşaqlar və yaşlılar kimi həssas insanlar bu növ ət məhsullarını daha ehtiyatla istehlak etməlidirlər.

Mütəxəssis xəbərdarlığı: “Sucuk çox bişdikdə təhlükəli ola bilər. Əsas məsələ odur ki, istiliyi düzgün tənzimləyək, bişirmə müddətini qısa tutaq və keyfiyyətli, etibarlı məhsul seçək.”

Tərcümə: Könül Oruc

E-saglam.az 

Chosen
17
e-saglam.az

1Sources