EN

İnsanabənzər robot istehsalına başlandı: qiyməti 6000 dollar - VİDEO

Çinin UBTECH Robotics şirkəti dünyada ilk dəfə olaraq avtonom batareya dəyişmə funksiyasına malik insanabənzər robotu — Walker S2 modelini təqdim edib. Ölkə.Az xəbər verir ki, bu yenilik robotun fasiləsiz şəkildə, 24/7 rejimində çalışmasına imkan yaradır.

Walker S2 artıq satışa çıxarılıb və qiyməti təxminən 6.000 ABŞ dolları təşkil edir. Robot sənaye sahəsində, logistika mərkəzlərində, ticarət obyektlərində və hotellərdə xidmət göstərmək üçün nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, bu model tam avtonom, insan müdaxiləsinə ehtiyac duymayan robotların yaradılması istiqamətində mühüm addımdır.

Chosen
93
1
olke.az

2Sources