EN

Canluici Buffon PSJ-dən 250 min avronu məhkəmə ilə aldı

PSJ-nin italyan keçmiş qapıçı Canluici Buffon Paris klubundan müqavilə üzrə ona çatacaq haqqı məhkəmə vasitəsilə alıb.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Söhbətin 250 min avro məbləğində pul vəsaitindən getdiyi vurğulanır.

PSJ-ni müvafiq məbləği Buffona ödəməyə Paris apellyasiya məhkəməsi mükəlləf edib.

Mənbənin məlumatına görə, İtaliya vergi xidməti Buffondan 2018-ci il üzrə 1,2 milyon avro məbləğdən artıq vergi borcunu ödəməyi tələb edib. Bildirilir ki, PSJ-nin Buffonla müqaviləsində Paris klubunun müvafiq vəziyyətdə qapıçının vergi borcunun bir hissəsini ödəməyə mükəlləf olduğu haqda maddə yer alıb. Buffonun məhkəmədə məhz bu maddəni əldə rəhbər tutduğu vurğulanır.

Xatırladaq ki, Canluici Buffon 2018/2019-cu illər mövsümündə PSJ-də oynayıb, italyan qapıçı parislilər üçün meydana çxdığı 25 oyunda 25 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Cici” PSJ ilə Fransa çempionıuğunu və Fransa Super Kubokunu qazanıb.

Chosen
108
20
arena.az

10Sources