EN

Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Polis Şöbəsindən APA-ya verilən məlumata görə araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ. Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.

Chosen
49
9
apa.az

10Sources