Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində ilk qrup oyununa çıxıb.
Operativ Media xəbər verir ki, yığma Çexiya seçməsinə 20:12 hesabı ilə qalib gəlib. Qrupdakı növbəti rəqib Slovakiya millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:35-də başlayacaq.