EN

Kişinyovda Sanduya qarşı etirazlar BAŞLAYIB

Moldovanın keçmiş prezidentləri İqor Dodon və Vladimir Voronin, keçmiş baş nazir Vasile Tarlev və Qaqauziyanın keçmiş rəhbəri İrina Vlanın başçılığı ilə Kişinyovda on minlərlə insan etiraz aksiyasına gəlib .

News24.az xəbər verir ki, Aksiya iştirakçıları “Suveren Moldova uğrunda”, “Ədalət naminə”, “Moldova neytral dövlətdir” və digər şüarlar səsləndirirlər. Dodon deyib ki, Moldova hakimiyyətinin göstərişi ilə gücləndirilmiş polis bölmələri Kişinyova gedən yollarda etirazçıları saxlayır. Siyasətçi bu hərəkətləri qanunsuz adlandırıb və Moldova prezidenti Maya Sandu dəstəkləyən hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) yaratdığı hökuməti günahlandırıb .

Dodon agentliyə müsahibəsində bildirib ki, müxalifət partiyalarının yaratdığı blok xarici siyasətdə Rusiya Federasiyası ilə münasibətlərin bərpasının tərəfdarıdır. Onun sözlərinə görə, bu blok ad seçməli və  Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir .

Chosen
113
news24.az

1Sources