Böyük Britaniya QÉ™zza zolağına humanitar yardımın çatdırılması üzrÉ™ beynÉ™lxalq təşəbbüslÉ™rdÉ™ iÅŸtirak etmÉ™yÉ™ hazırdır. Bu barÉ™dÉ™ Böyük Britaniyanın BaÅŸ naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron vÉ™ Almaniya kansleri Fridrix Merts ilÉ™ telefon danışığı zamanı bildirib. XÉ™bÉ™ri “Report” xarici KİV-É™ istinadÉ™n yayıb.
Starmer bildirib ki, Britaniya humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan fələstinli uşaqları təxliyə etmək məqsədilə İordaniya kimi regional tərəfdaşlarla işləməyi planlaşdırır. Planın konkret təfərrüatları açıqlanmayıb.
Liderlər telefon söhbətində həmçinin Ukraynadakı müharibə və İranın nüvə proqramını da müzakirə ediblər. Onlar Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etmədiyi təqdirdə, diplomatik danışıqlara dönməməsi halında avqustun sonunda sanksiyaların bərpa olunacağı ilə bağlı razılığa gəliblər.