EN

27-28 iyulda küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də ölkənin bir sıra bölgələrində gözlənilən güclü küləklə bağlı sarı xəbərdarlıq yayıb.

Doğru.az xəbər verir ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl və Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək.

Qeyd olunur ki, küləyin sürəti saniyədə 13.9–20.7 metrədək artacaq. Aidiyyəti qurumlara və vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir.

DOĞRU.AZ

Chosen
96
22
dogru.az

10Sources