Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistan hökuməti bu gün “Qarabağa aid rəmzlərin” və “bayraqlar”ın açıq şəkildə istifadəsinə yenidən icazə verib.
KONKRET.az xəbər verir ki, bu qərar baş nazir Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra qüvvəyə minib.
Qeyd edək ki, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra İrəvan Qarabağ ermənilərinin bayraq və digər simvollarla yürüş keçirməsini qadağan etmişdi.
Bu gün isə həmin qadağa aradan qaldırılıb və paytaxt İrəvanda Qarabağla bağlı “simvollar” yenidən görünməyə başlayıb.
Natiq Səlim,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.