Bakı. Trend:
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılmasıüçün beynəlxalq proqramlarda iştirak etməyi nəzərdə tutur.
Trend-in xariciKİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük BritaniyanınBaş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron vəAlmaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanıbildirib.
Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan çatdırmaqvə tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək məqsədiləİordaniya kimi tərəfdaşlarla əməkdaşlıq planlarını açıqlayıb.Planın təfərrüatları isə hələ açıqlanmayıb.
Məlumata görə, üç ölkənin liderləri Qəzza və Ukraynadakıvəziyyəti müzakirə edib, həmçinin İranın nüvə proqramı məsələsinətoxunublar. Starmer, Makron və Merts İranın Atom Enerjisi üzrəBeynəlxalq Agentliklə əməkdaşlıq etməməsi və diplomatik danışıqlaraqayıtmaması halında sanksiyaların avqustun sonunda bərpaediləcəyinə dair razılığa gəliblər.