EN

Kapitan klubdan ayrılmanın şərtlərini açıqlayıb

Madrid “Atletiko”nun yarımmüdafiəçisi Koke klubu tərk etməsi üçün hansı şərtlərin olduğunu açıqlayıb.

90deqiqe.Az-ın "El Larguero"ya istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu klub ilə razılaşmasına əsasən müəyyən tələbləri yerinə yetirdiyi müddətdə komanda üçün oynamağa davam edəcək.

“Mən burada müəyyən tələbləri yerinə yetirdiyim müddətdə oynayacağam. Bu, klubla aramızdakı razılaşmadır. Bu tələblərə cavab verə bilmədiyim zaman iş bitəcək – ilk olaraq vaxtın gəldiyini mən deyəcəyəm. O vaxta qədər isə 100% gücümlə oynayacağam”.

İspaniyalı futbolçu karyerası ərzində yalnız “matrasniklər”in heyətində çıxış edir. İyun ayının əvvəlində 33 yaşlı yarımmüdafiəçi doğma klubu ilə yeni müqavilə imzalayıb və bu müqavilə gələn ilin ortalarına qədər nəzərdə tutulub.

Koke Madrid klubunda 684 oyun keçirib, 48 qol vurub və 119 məhsuldar ötürmə edib.

Chosen
27
90deqiqe.az

1Sources