Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol üzrə milli komandası Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Ukrayna yığmasına məğlub olub.
Oyunun əsas vaxtı 61:61 (14:10; 12:12; 24:16; 11:23) hesabı ilə başa çatıb.
Basketbolçularımız overtaymda rəqibdən zəif olublar - 67:71.
Xatırladaq ki, yığmamız dünən Rumıniyaya 34:60 hesabı ilə uduzmuşdu.
İki turdan sonra komandamız 2 xalla qrupda axırıncı, 6-cı yeri tutur.
Sabah həmvətənlərimiz Gürcüstan seçməsinə qarşı mübarizə aparacaqlar.