EN

“Deko və Flik heyət ilə bağlı qərar verəcək”

"Barselona" klubunun prezidenti Joan Laporta komandanın hazırkı heyəti barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubunun rəhbəri bildirib ki, Hans-Diter Flikin ixtiyarında hazırda çox sayda oyunçu var.

"Daha əvvəl də qeyd etdiyim kimi, biz ağrılı transfer satışlarından qaçmağa çalışacağıq. Konkret adlar çəkməyəcəyəm, çünki bütün futbolçularımızdan razıyıq. Lakin bəzi mövqelərdə oyunçular çoxdur və bir-birini təkrarlayırlar. Bununla bağlı mütləq tədbir görmək lazımdır. Bu məsələdə qərarları Deko və Flik verəcək"

Qeyd edək ki, keçən mövsüm «Barselona» İspaniyanın bütün daxili turnirlərində qalib gəlib və Çempionlar Liqasında yarımfinala qədər irəliləyib.

Chosen
98
90deqiqe.az

1Sources