EN

Yeraltı avtomobil dayanacağının hansı ərazidə olacağı AÇIQLANIB

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində bir neçə mühüm addım atılacaq.

Sözügedən istiqamətlərdən biri də "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi məsələsidir.

Bəs görəsən, "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı harada olacaq?

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxu.az-a bildirilib ki, yeraltı avtomobil dayanacağının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi planlaşdırılır. Məlumatda əlavə olunub ki, dayanacağın inşası layihələndirmə mərhələsindədir:

"Digər bütün məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
5
avtosfer.az

7Sources